“Breaking Away” filminin ulduzu vəfat etdi

29.10.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Amerikalı aktrisa Barbara Berri 95 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, aktrisa oktyabrın 28-də Nyu-Yorkdakı evində dünyasını dəyişib.

Onun ölümünü nümayəndələri təsdiqləyib. Qızı Ceyn Harnik anasının sağalmaz xərçəng diaqnozundan sonra tibbi yardım vasitəsilə həyatına son vermək qərarı aldığını bildirib.

Berri 60 ildən artıq davam edən karyerası ərzində kino, televiziya və səhnədə çalışıb. O, 1979-cu ildə ekranlara çıxan “Breaking Away” filmindəki roluna görə “Oskar” mükafatına namizəd göstərilib. Stiven Sondhaymın “Company” musiqili tamaşasının ilk Broadway heyətində çıxış etməsi isə ona “Tony” namizədliyi qazandırıb.

Aktrisanın karyerasının mühüm mərhələlərindən biri 1964-cü ildə çəkilən “One Potato, Two Potato” filmi olub. Qarışıq irqli ailənin yaşadığı çətinlikləri təsvir edən ekran əsərindəki roluna görə Berri Kann Film Festivalında ən yaxşı aktrisa mükafatını alıb. O, sonrakı illərdə “Barney Miller”, “Suddenly Susan” və “Private Benjamin” kimi layihələrdə də yadda qalıb. Berri yalnız aktyorluğu ilə deyil, xəstəliklə bağlı şəxsi təcrübəsini bölüşməsi və xərçəng barədə maarifləndirmə fəaliyyətinə dəstək verməsi ilə də tanınıb.

Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər? Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova "İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью