Bred Pitin alkoqol problemi ilə bağlı yeni iddia: Səbəb Ancelina Colidir?

21.09.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur amerikalı aktyor Bred Pitin alkoqol istifadəsində keçmiş həyat yoldaşı Ancelina Coli ilə yaşadığı problemlərin rol oynadığı iddia edilir.

Qaynarinfo xəbər verir ki, “Daily Mail”in yazdığına görə, Pitin yaxınları aktyorun 2024-cü ildə Coli ilə boşanması və tərəflər arasında uzun müddət davam edən mübahisələrdən sonra çətin günlər yaşadığını bildiriblər. Onun uşaqları ilə münasibətlərinin pisləşməsi və övladlarının atasının soyadından imtina etməsi də aktyora mənfi təsir göstərən amillər sırasında qeyd olunur.

Pitin dostlarından biri bildirib ki, aktyorun əslində alkoqolla uzunmüddətli problemi olmayıb və əsas çətinliklər Coli ilə münasibətləri və boşanma prosesindən qaynaqlanıb. Onun sözlərinə görə, aktyor həyatının müəyyən dövründə çətinliklər yaşasa da, sonradan vəziyyətini nəzarətə almağa çalışıb.

Ancelina Coli isə uşaqları atasına qarşı kökləmədiyini deyir. Aktrisanın sözlərinə görə, uşaqlar Bred Pitlə münasibətlərini məhdudlaşdırmaq və ya əlaqəni kəsmək qərarını özləri veriblər.

Pit daha əvvəl alkoqoldan istifadə problemi barədə açıq danışıb. Aktyor yeddi il spirtli içki qəbul etmədiyini, daha sonra isə yenidən içməyə başladığını etiraf edib. O, hazırda daha ehtiyatlı davrandığını və alkoqoldan yalnız məhdud miqdarda istifadə etdiyini bildirib:

"Mən yeddi il içki içmədim, sonra yenidən başladım. Amma indi daha təmkinliyəm. Bir neçə dəfə imkanlarımı düzgün qiymətləndirmədim, sonra başa düşdüm: "Xeyr, bu mənə xeyir gətirmir. Yalnız az miqdarda".

Bred Pitt və Ancelina Coli 2016-cı ildə ayrılıb. Tərəflərin boşanma prosesi uzun illər davam etdikdən sonra 2024-cü ildə yekunlaşıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью