Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

07.08.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bred Pit və onun iti Odinin vəhşi təbiətdəki həyatda qalma mübarizəsindən bəhs edən "Canavarın qəlbi" ("Heart of the Beast") filmindən çəkiliş arxası kadrlar təqdim olunub.
Kulis.az xəbər verir ki, Devid Eyerin rejissorluq etdiyi ekran işi təyyarə qəzasından sonra Alyaskanın sərt təbiət şəraitində çarəsiz qalan sabiq xüsusi təyinatlı əsgərlə təqaüddə olan xidməti itin arasındakı sarsılmaz bağdan bəhs edir.
"Paramount Pictures" tərəfindən paylaşılan videoda Bred Pitlə çəkilişlər boyu onun yanından ayrılmayan “Uber” adlı itin dostluğu diqqət çəkir.
Çəkilişləri Yeni Zelandiyanın milli parklarında aparılan filmdə Bred Pitlə yanaşı Cey Ki Simmons və Anna Lambe də rol alıblar.
Qeyd edək ki, "Fury", "Suicide Squad" və "The Beekeeper" kimi filmlərlə tanınan Devid Eyerin yeni ekran işinin 2026-cı il sentyabrın 25-də kinoteatrlarda nümayiş olunması planlaşdırılır.

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı “Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açıldı Edam edilən ər-arvad, korrupsiyaya batan Nyu-York... - Amerikanı ifşa edən yazıçı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью