Bred Pitt bütün sərvətini ona xərcləyən “fransız sevgilisindən” danışdı | Icma.az
Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bred Pitt bütün sərvətini ona xərcləyən “fransız sevgilisindən” danışdı Amerikalı aktyor Bred Pitt onun adından istifadə edən fırıldaqçıya aldanaraq ona 830 min avro verən fransız qadınla yaşanan hadisəyə cavab verib.
OLAY yazır ki, ulduzun nümayəndəsi “E! News”a rəsmi açıqlama yayıb.
“Pərəstişkarlarının sənətçilərə olan bağlılığından fırıldaqçıların istifadə etməsi dəhşətlidir.
Bu, vacib bir xatırlatmadır, internetdə yoxlanılmamış mesajlara, xüsusən də sosial şəbəkələrdə olmayan aktyorlara cavab verməməlisiniz.
Pittin təsdiqlənmiş sosial media hesabı yoxdur”, - məlumatda bildirilib.Xatırladaq ki, Anna adlı fransız qadın 830 min avroluq bütün əmanətini özünü aktyor kimi təqdim edən fırıldaqçıya verib.
Aktyorla tanışlıqdan sonra milyonçu ərindən boşanan qadın əsl Bred Pittin ona aşiq olduğuna inanıb, hətta “anası” ilə də ünsiyyətdə olduğunu zənn edib.
Fırıldaqçı qadını aldatmaq və etibarını qazanmaq üçün Bred Pittin süni intellektlə yaratdığı videolarını ona göndərməyə başlayıb.
Tam oxu
Xəbəri oxu