Bred Pitt Lionel Messidən danışdı

27.06.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur amerikalı aktyor Bred Pitt "İnter Mayami"nin hücumçusu Lionel Messi haqda danışıb.

QOL.az goal.com-a istinadən xəbər verir ki, o, 38 yaşlı forvarda heyran olduğunu etiraf edib: 

"Bəli, Messi heyrətamizdir! Mən onu sevirəm. Turist olsaydım, başqa bir ölkədən ABŞ-a Messini görməyə gedərdim. Əsas səhnədə - dünya çempionatına özünü göstərmək üçün ona çox vaxt lazım oldu. Sonra anladım ki, bəlkə də bu, Messinin son şansı idi". 

Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, MLS-in cari mövsümündə 13 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью