Bred Pittdən yeni layihə Tanınmış rejissorlarla

23.09.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kventin Tarantinonun "Once Upon a Time... in Hollywood" filminin davamı kimi çəkilən "The Further Mis-Adventures of Cliff Booth" layihəsinin ilk treyleri yayımlanıb.
Kulis.az xəbər verir ki, ekran işinin ssenarisi Tarantinoya aid olsa da, rejissor kreslosunda Devid Finçer əyləşib.
Filmdə Bred Pitt ona "Oskar" qazandıran Kliff But obrazına yenidən həyat verir.
Hadisələr ilk filmin finalından səkkiz il sonra cərəyan edir və dublyorluqdan uzaqlaşan Kliff Hollivud studiyalarının problemlərini həll edən şəxs kimi fəaliyyət göstərir.
Lakin təqdim olunan treyler məzmunundan daha çox görüntülərinin həddən artıq qaranlıq və dumanlı olması ilə gündəmə gəlib.
Sosial media istifadəçiləri ilk filmin isti, qızılı Kaliforniya atmosferindən sonra Finçerin soyuq, yaşıl-sarı tonlu və kölgəli kadrlarını tənqid ediblər.
Qeyd edək ki, film noyabrın 25-də “IMAX” salonlarında iki həftəlik məhdud nümayişə çıxacaq, dekabrın 23-dən isə "Netflix" platformasında yayımlanacaq.

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri "Sevgi insanı canından bezdirmək üçün göydən göndərilmiş bir şeydir..." - Dolli Partondan unudulımaq deyimlər Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью