Bred Pittin övladı olacaq?

01.07.2026

Icma.az bildirir, Olay.az portalına istinadən.

Yaxın gələcəkdə aktyor Bred Pitt və sevgilisi İnes de Ramon cütlüyünün övlad sahibi olacağı iddia edilir.
OLAY yazır ki, Hollivud aktyoru ailəsinə yeni üzv qatmaq niyyətindədir, lakin hələlik toy planlarından söhbət getmir. Bu barədə cütlüyün yaxın çevrəsindən olan bir mənbə danışıb.

Xatırladaq ki, Bred Pitt və İnes de Ramonun münasibəti 2022-ci ildən davam edir. Həmin vaxt aktyorun Ancelina Coli ilə ayrılığından artıq beş ildən çox vaxt keçmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью