Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
...Amerikalı aktyor Bred Pitt və zərgərlik dizayneri İnes de Ramon birlikdə xoşbəxtdirlər, lakin toya və ya nişana tələsmək fikrində deyillər.
De Ramona yaxın mənbənin sözlərinə görə, cütlük münasibətlərin hazırkı formatından razıdır və Pitt hələ yenidən evlənməyi planlaşdırmır.
SİA-nın əldə etdiyi məlumata görə, “People” yazır.
Pitt və de Ramon 2022-ci ilin Noyabr ayından bəri romantik münasibətdədirlər. Bu müddət ərzində onlar daha tez-tez ictimaiyyət qarşısına çıxmağa başladılar - onlar konsertlərdə iştirak edir və filmin premyeralarında bir-birlərini müşayiət edirlər.
…Onlar bir-birlərini çox sevirlər, onların əla tərəfdaşlığı var və birlikdə gözəl həyat qurublar, - mənbə nəşrə bildirib.
Nişanlanma dərhal planlarda deyil…
“People”nin məlumatına görə, de Ramon əvvəldən aktyorun yaxın gələcəkdə yenidən evlənmək istəməyəcəyini anlayıb. Ona görə də o təzyiq göstərmir və təklif gözləmir.
Cütlük bir-birini partnyor adlandırır, amma indi heç birinə bəy və gəlin statusu lazım deyil.
…İnez onların münasibətlərindən razıdır və Bredi evlilik təklifi etməyə sövq etmir, - deyə mənbə əlavə edib.
Pitt bundan əvvəl aktrisalar Cennifer Eniston və Ancelina Coli ilə evli olublar.
Onun Coli ilə boşanması 2024-cü ilin dekabrında yekunlaşıb. De Ramon 2019-cu ildə aktyor Paul Uesli ilə evləndi; onların boşanması 2024-cü ilin fevralında yekunlaşdı.
Nazlı Almuradova