Bredli Barkola dünya çempionatından sonra Paris klubundan ayrılacaq

13.06.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PSJ-nin vingeri Bredli Barkola dünya çempionatından sonra klubdan ayrılmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Le Fiqaro" qəzeti məlumat yayıb.

23 yaşlı futbolçu Çempionlar Liqasının finalında parislilərin start heyətində yer almadığına görə məyus olub. PSJ oyunçunu saxlamaq istəyir, lakin onun gedişinə mane olmayacaq. Əgər Bredli mundialdan sonra getməkdə israrlı olarsa və parislilər qənaətbəxş transfer təklifi alsalar, onu satacaqlar.

"Arsenal"ın Barkola ilə maraqlandığı bildirilir. "Liverpul" isə artıq futbolçunun agenti Xorxe Mendeşlə danışıqlara başlayıb.

qeyd edək ki, Barkola ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью