Brejnevin nəticəsi əsir götürülüb

18.06.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin nəticəsi Anton Milayev Ukraynada əsir düşüb.

BAKU.WS xəbər verir ki, 45 yaşlı Anton Milayev Leonid Brejnevin qızı Qalina Brejnevanın nəvəsidir.

Məlumata görə, Milayev ötən ilin payızında istehkamçı kimi müharibəyə qatılıb, noyabr ayından etibarən isə onunla əlaqə kəsilib. Anası İrina Kuznetsova oğlunun Xerson istiqamətində Ukrayna ordusunun nəzarətində olan ərazilərdə əsir düşdüyünü bildirib.

Qeyd edək ki, Leonid Brejnev Ukrayna ərazisində anadan olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью