Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun “kral avtoyarışları”nın mərhələlərinin birini SSRİ-də keçirməklə bağlı planının necə pozulmasından danışıb.
Britaniyalının dediyinə görə, ötən əsrin 80-ci illərinin əvvəlində “Qran-pri”ni Moskvada keçirməyi çox istəyirmiş:
“Formula-1” bolidlərinin Qızıl meydan boyunca hərəkət etməsini istəyirdim! Nə etməyin mümkün olduğunu aydınlaşdırmaq üçün Moskvaya getdik, ancaq son nəticədə heç nə alınmadı. Brejnevin ölümü üzündən hər şeyi təxirə salmalı olduq”.
“Formula-1”i həmişə qlobal turnir saymışam. Həmin vaxt Sovet İttifaqı adlanan ölkə isə dünyanın vacib hissəsi idi”.
Ekklstoun 1978-2017-ci illər aralığında “Formula-1”in rəhbəri olub.