Icma.az, News24 portalına istinadən məlumat yayır. Şəhərin hər bir ünvanında tez-tez yeni kosmetik mağazalar, filiallar açılır.
Bu mağazalarda brend adı altında kosmetik vasitələr satılır.
Mağazaların sayı artdıqca saxta məhsullar da çoxalır.News24.az xəbər verir ki, saxta kosmetik vasitələr dəri üçün ağır fəsadlar törədə bilər.
Hətta bəzən alış-veriş edərkən hansısa müştərinin aldığı məhsulun dərisinə pis təsirinə görə şikayətləndiyini də eşidirik.Satıcılar çox vaxt bu kimi şikayətlərdə müştəriləri dəri tipinə uyğun məhsul almamaqla günahlandırırlar.
Amma bəzən elə əsas problem məhsulun saxta olmasıdır. Təəssüf ki, müasir dövrdə texnologiyanın inkişafına görə, saxtanı orjinaldan ayırmaq ç
Təəssüflər olsun ki, kosmetika malları Nazirlər Kabinetinin 114 saylı qərarına görə dəyişdirilməyən və qaytarılmayan mallardır.
Qızıl məmulatları, kosmetika mallarının dəyişdirilməməsi istehlakçı hüquqlarına zərər gətirən qərardır.
Belə şikayətlər olanda çox çətinlik çəkirik, bu qərar dəyişməlidir.Nazirlər Kabinetinin 94 saylı qərarına görə satış şəbəkəsində malların sənədləri olmalıdır və bu sənədlər Azərbaycan dilində olmalıdır.