Breno və 4 lər

04.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında 3 turdan sonra ən çox qol vuran komanda “Neftçi”dir.

Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar” 8 dəfə rəqib qapılarına yol tapıb. Komandanın və çempionatın bombardiri isə Breno Almeydadır. Braziliyalı hücumçu 4 qolla zirvədədir.

Breno liqada 9 komandadan daha çox qola imza atıb. Ümumiyyətlə, bu mövsüm 3 turda məhsuldarlıq aşağı olub. Tək ötən həftə 6 oyunda cəmi 5 qol vurulub.

Lider “Zirə”nin aktivində 6 qol var. Üçüncü sıradakı “Qarabağ” isə Breno ilə eyni sayda – 4 dəfə fərqlənib.

3 turdan sonra qol vura bilməyənlər “Qəbələ” və “Araz-Naxçıvan”dır. Tərəflər əvəzində hərəyə müvafiq olaraq, 2 və 6 top buraxıb.

MPL-in 3 turdan sonra qələbəyə həsrət qalan kollektivləri də elə Brenonun vurduğu qol sayı qədərdir – 4. “Şamaxı”, “Qəbələ”, “Araz-Naxçıvan” və “Sumqayıt” hələlik üç xal qazana bilməyib.

Məğlubiyyətsizlər isə “Zirə”, “Qarabağ” və “Sabah”dır. “Qarabağ”, “Sabah”, “Kəpəz” və “Sumqayıt”ın ikinci tur oyunları komandaların avrokubok matçlarına görə baş tutmayıb.

Bu gün isə IV tura start veriləcək. Autsayder “Qəbələ” “İmişli”ni, “Kəpəz” isə “Şamaxı”nı qəbul edəcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью