“Brent” 4 il sonra ilk dəfə bu qədər ucuzlaşdı

04.04.2025

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Brent” markalı neftin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə bir barel üçün 65 dollardan aşağı düşüb.

Bu barədə “Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir.

Məlumata görə, Londonun ICE Futures birjasında bu dərəcəli iyun fyuçerslərinin qiyməti bir barel üçün 64,73 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 5,41 dollar (7,71%) aşağıdır.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçerslərinin qiyməti bu dəfə 5,63 dollar (8,41%) ucuzlaşaraq 61,32 dollar/barelə bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью