Brent markalı neft aprelin 28 dən bəri ilk dəfə bahalaşdı

12.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Londondakı ICE birjasında "Brent" markalı neftin füçers qiyməti 2025-ci il aprelin 28-dən bəri ilk dəfə bir barel üçün 66 dolları keçib.

Oxu.Az bu barədə birjanın məlumatlarına istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 11:00-a olan birja göstəricilərinə əsasən, neftin qiyməti 65.3 dollar səviyyəsində qərarlaşıb ki, bu da 1.7% artım deməkdir. Saat 11:10-a olan məlumata əsasən, "Brent"in füçers qiyməti artımını sürətləndirərək 66.08 dollar (+2.91%) səviyyəsinə çatıb.

Eyni zamanda, WTI markalı neftin iyun ayı üçün füçers qiyməti 2.96% artaraq 63.21 dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью