Brent markalı neft hazırda bu qiymətə satılır

07.02.2025

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq bazarlarda "Brent" markalı neftin bir barreli 74,56 dollara satılır.

Sitat.info xəbər verir ki, ötən gün 75,18 dollara kimi bahalaşan Brent markalı neftin bir barelinin qiyməti günü 74,14 dollarla bağladı. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün   bağlanış qiyməti ilə müqayisədə 0,5 faiz artaraq 74,56 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 70,82 dollara alınıb.

ABŞ prezidenti Donald Trampın Çinlə ticarət müharibəsi və digər ölkələrə tətbiq edilən gömrük rüsumlarının artırılması təhdidlərindən sonra üç həftə ardıcıl olaraq eniş trendində olan neft qiymətləri, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirməyə davam edəcəyi gözləntiləri ilə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью