Brent markalı neft ucuzlaşdı

06.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

"Brent" markalı neftin Londonun "ICE" birjasında fevral fyuçerslərinin qiyməti 2024-cü il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.

Publika.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti 1,58 faiz azalaraq 70,95 dollar/barel təşkil edib.

Eyni zamanda, "WTI" markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,82 faiz azalaraq bir barel üçün 67,06 dollar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью