Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Londonun ICE birjasında "Brent" markalı neftin iyun füçerslərinin qiyməti 3.79 faiz aşağı düşərək bir barelə görə 61.78 dollar səviyyəsinə qədər enib.
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, "Brent" markalı neft 2021-ci il aprelin 7-dən bəri ilk dəfə bir barelə görə 62 dollar səviyyəsindən aşağı satılır.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinlə ticarət qarşıdurmasını gücləndirmək qərarına gəldikdən sonra neft ucuzlaşıb.