Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çərşənbə axşamı səhər saatlarında Yaxın Şərqdən yanacaq tədarükünün artması ilə bağlı məlumatlar fonunda əvvəlki gün müşahidə olunan nəzərəçarpacaq ucuzlaşmadan sonra neft qiymətləri mülayim şəkildə artır.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,58 dollar (0,58%) artaraq bir barel üçün 100,90 dollar təşkil edib. Bazar ertəsi Brent markalı neft 1,93 dollar (1,89%) ucuzlaşaraq 100,32 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin noyabr fyuçersləri isə bu vaxta qədər 0,46 dollar (0,51%) bahalaşaraq bir barel üçün 89,89 dollara çatıb. Ötən sessiyanın yekununda müqavilə 1,68 dollar (1,84%) ucuzlaşaraq 89,43 dollar olmuşdu.
Almaz Həsənli