Brent markalı neftin qiyməti 75 dolları ötüb

22.11.2024

Anews saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Brent" markalı neftin Londonun "ICE" birjasında gələn ilin yanvar fyuçerslərinin qiyməti noyabrın 8-dən bəri ilk dəfə bir barel üçün 75 dolları ötüb.Bu barədə ticarət platformasında məlumat verilib.

Saat 19:43-ə olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 0,87 faiz artaraq 75,02 dollar/barel təşkil edib.

Saat 19:45 üçün "Brent" qiymətində artım sürəti azalıb və 75,01 dollar (+0,86 faiz) təşkil edib. Eyni zamanda, "WTI" markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir barel üçün 71,16 dollar təşkil edib.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью