“Brent” markalı neftin qiyməti noyabrın 18dən bəri ilk dəfə 71 dollardan aşağı düşüb

06.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti bu il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 71 ABŞ dollarından aşağı düşüb.

“Report” xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Axşam ticarəti zamanı “Brent” markalı neftin fyuçersləri enişini sürətləndirərək bir barel üçün 70,91 dollara (-1,64 %) satılıb.

WTI markalı xam neftin yanvar fyuçerslərinin qiyməti isə 1,82 % azalaraq 67,06 dollar/barelə bərabər olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью