Brent nefti 4 ildən bəri ilk dəfə 64 dollardan aşağı düşdü

07.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Neft bazarı ciddi sarsıntı yaşayır: "London ICE" birjasında 2025-ci ilin iyun ayı tədarükü ilə "Brent" markalı neftin füçers qiyməti 26 aprel 2021-ci ildən bəri ilk dəfə olaraq 64 dollar səviyyəsindən aşağı düşüb.

Oxu.Az bu barədə ticarət məlumatlarına istinadla xəbər verir.

Belə ki, Bakı vaxtı ilə saat 2:09 vəziyyətinə görə, "Brent"in qiyməti 2.41% azalaraq bir barel üçün 63.97 dollara çatıb. Lakin artıq Bakı vaxtı ilə 2:27-də "Brent" füçersi azalmanı sürətləndirərək bir barel üçün 63.45 dollar (- 3,25%) səviyyəsində ticarət olunub.

Həmçinin WTI füçersi 2025-ci ilin may ayı tədarükü ilə 3.36% azalaraq bir barel üçün 59.92 dollara düşüb.

Ekspertlər neft kotirovkalarının hazırkı düşməsini OPEK-in 3 aprel tarixli son bəyanatı ilə əlaqələndirirlər. Sənəddə bildirilirdi ki, OPEK+ ölkələrindən səkkizi, may ayında neft hasilatının artımını əvvəlcədən planlaşdırılmış gündəlik 135 min barel əvəzinə gündəlik 411 min barelə qədər sürətləndirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью