“Brent” nefti 65 dollardan yuxarı səviyyədə ticarət olunur

24.10.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0.39% azalaraq 1 barelə görə 65.73 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0.39% azalaraq 61.52 ABŞ dollarına bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью