Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti kəskin yüksəlib.
Modern.az xəbər verir ki, Brent markalı neftin noyabr fyuçersləri 3,05% bahalaşaraq bir barel üçün 90,79 ABŞ dollarına yüksəlib. Bununla da Brent iyunun 11-dən bəri ən yüksək səviyyəsini görüb. Marka ötən həftə isə 15,9% bahalaşaraq apreldən bəri ən güclü həftəlik artımını qeydə alıb.
ABŞ-ın WTI markalı xam nefti isə 2,65% bahalaşaraq 84,68 ABŞ dollarına çatıb. Bu, WTI üçün iyunun 12-dən bəri ən yüksək göstəricidir. WTI də ötən həftə 15,5% bahalaşaraq mart ayının əvvəlindən bəri ən güclü həftəlik nəticəsini göstərib.