Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Brent nefti 98,06 dollara düşüb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu gün səhərdən neft ucuzlaşır.
Bu barədə Oxuməni.az "İnterfaks"a istinadən məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:12-dək London ICE Futures birjasında Brent neftinin iyul fyuçersləri 1,52 dollar (1,53%) ucuzlaşaraq 98,06 dollara düşüb. Bazar ertəsi Brent 3,44 dollar (3,6%) bahalaşaraq 99,58 dollara yüksəlmişdi.
Bu vaxtadək Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI-nin iyul fyuçersləri 1,89 dollar (2,01%) ucuzlaşaraq 92 dollara düşüb. Əvvəlki gün bu müqavilə 2,71 dollar (2,8%) ucuzlaşaraq 93,89 dollara enmişdi.
Bazar iştirakçıları Hörmüz boğazından təxminən 4 milyon barel neft daşıyan ən azı iki supertankerin keçməsi xəbərini müsbət siqnal kimi qəbul ediblər.
Almaz Həsənli