Brent nefti bir aydan sonra ilk dəfə 88 dollar həddini keçdi

17.07.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında iyunun 12-dən sonra ilk dəfə bir barel üçün 88 ABŞ dollarını keçib.

Bu barədə Londonun ICE birjasındakı hərracların məlumatında bildirilib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 21:31-ə olan göstəriciyə görə, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 4,52 faiz artaraq bir barel üçün 88,04 ABŞ dollarına yüksəlib.

Lakin saat 21:36-da qiymət artım tempi bir qədər zəifləyib və Brent markalı neft bir barel üçün 87,74 ABŞ dolları səviyyəsində ticarət olunub. Bu isə əvvəlki göstərici ilə müqayisədə 4,17 faizlik artım deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью