Brent nefti kəskin şəkildə ucuzlaşır

03.08.2026

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Brent nefti kəskin şəkildə ucuzlaşır

Bazar ertəsi Yaxın Şərq münaqişəsinin nizamlanacağına dair ümidlər fonunda neft qiymətləri kəskin şəkildə aşağı düşür.

Bu barədə "Oxuməni.az" "İnterfaks"a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 83,22 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 4,71 dollar (5,36%) aşağıdır. Cümə günü bu müqavilələrin qiyməti 1,05 dollar (1,2%) artaraq bir barel üçün 87,93 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 5,2 dollar (6,14%) azalaraq bir barel üçün 79,47 dollara düşüb. Ötən sessiyanın yekununda onların dəyəri 1,08 dollar (1,29%) artaraq 84,67 dollar təşkil etmişdi.

Xatırladaq ki, iyul ayında ABŞ və İran arasında qarşılıqlı hücumların bərpası fonunda neft qiymətləri əhəmiyyətli dərəcədə artaraq ayı yüksəlişlə başa vurmuşdu: Brent nefti 24%, WTI isə 21% bahalaşmışdı.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью