“Brent” nefti ucuzlaşdı 73 dollara düşüb

17.12.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 73,86 ABŞ dolları təşkil edib.

Modern.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,71% azalaraq 1 barelə görə 70,21 ABŞ dolları olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью