Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Brent nefti ucuzlaşıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Yaxın Şərqdən ixracın artması, eləcə də G7 ölkələrinin strateji ehtiyatlardan yanacaq çıxarmaq qərarı fonunda bazar ertəsi neftin qiyməti ucuzlaşır.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 0,73 dollar (0,71%) ucuzlaşaraq bir barel üçün 101,52 dollar təşkil edib. Cümə günü Brent nefti 0,06 dollar (0,06%) ucuzlaşaraq 102,25 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə 1,14 dollar (1,25%) ucuzlaşaraq 89,97 dollar olub. Ötən sessiyada müqavilə 1,76 dollar (1,9%) ucuzlaşaraq 91,11 dollara enmişdi.
Almaz Həsənli