“Brent” neftin qiyməti artdı

17.04.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 17-də keçirilən ticarət zamanı “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə olaraq bir barel üçün 67 dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 19:00-da xammalın bir barelinin qiyməti 67,08 dollara, saat 19:20-də isə 67,27 dollara çatıb. Həmin vaxta qədər əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən artım 1,83 faiz təşkil edib. Saat 20:05-ə kimi “Brent” markalı neftin qiyməti 67,74 dollara (2,87 faiz artım) yüksəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью