“Brent” neftin qiyməti UCUZLAŞIB

11.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,31% azalaraq 1 barelə görə 73,64 ABŞ dolları təşkil edib.

Modern.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,41% azalaraq 1 barelə görə 70,09 ABŞ dolları olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью