Brent neftinin bir barreli 105,3 dollara düşüb

16.10.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Brent neftinin bir barreli 105,3 dollara düşüb

Cümə günü səhər saatlarında neft qiymətləri mülayim şəkildə ucuzlaşır, lakin həftəni müsbət balansla başa vura bilər.

Oxuməni az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:09-a olan məlumata əsasən, Londonun "ICE Futures" birjasında Brent markalı neftin dekabr füçersləri 0,62 dollar (0,59%) ucuzlaşaraq 1 barrel üçün 105,30 dollar təşkil etmişdir. Cümə axşamı Brent markalı neftin qiyməti 0,14 dollar (0,13%) düşərək 1 barrel üçün 105,92 dollar olub.

Bu vaxta qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr füçersləri 0,68 dollar (0,69%) ucuzlaşaraq 1 barrel üçün 97,29 dollara enmişdir. Ötən sessiyanın nəticələrinə görə, müqavilənin qiyməti 2,88 dollar (3,03%) bahalaşaraq 97,97 dollar təşkil etmişdi.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью