“Brent” neftinin qiyməti 71 dollara düşüb

04.03.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,63% azalaraq 1 barelə görə 71,17 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,31% azalaraq 1 barelə görə 68,16 ABŞ dollarına bərabər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью