Brent neftinin qiyməti cüzi artıb

15.03.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 14-də dünya bazarlarında neft yenidən bahalaşıb.

Modern.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2025-ci ilin aprel ayı üçün WTI neftinin barel qiyməti 0.95% (+0.63 dollar) artaraq 67.18 dollara çatıb.

ICE London qitələrarası birjasında 2025-ci ilin may ayı üçün Brent neftinin qiyməti isə 1.00% (+0.70 dollar) qalxaraq 70.58 dollara yüksəlib.

Qeyd edək ki, bu artım əsasən beynəlxalq tələbatın güclənməsi və geosiyasi risklərin qiymət spekulyasiyalarını aktivləşdirməsi ilə əlaqələndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью