Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Neft qiymətləri çərşənbə axşamı səhər saatlarında Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlər fonunda enməyə davam edib.
Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:15-də Brent markalı neftin dekabr fyuçersləri Londonun ICE Futures birjasında 1,2 dollar (1,02%) ucuzlaşaraq bir barel üçün 114,61 dollar olub. Bazar ertəsi Brent 0,91 dollar (0,8%) ucuzlaşaraq bir barel üçün 115,81 dollar təşkil edib.
Bu vaxta dekabr ayı üzrə WTI fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron ticarətində 1,11 dollar (1,09%) ucuzlaşaraq bir barel üçün 100,65 dollar olub. Əvvəlki sessiyada müqavilə 1,51 dollar (1,46%) ucuzlaşaraq bir barel üçün 101,76 dollar təşkil edib.
Almaz Həsənli