Brentford ekvadorlu istedadı transfer edir

15.08.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Brentford" Ekvadorun "Independiente del Valle" klubunda çıxış edən 18 yaşlı yarımmüdafiəçi Darvin Quaquanı transfer etmək üzrə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Tərəflər arasında razılaşma şifahi şəkildə əldə olunub. Gənc futbolçu bu gün "Independiente del Valle" azarkeşləri ilə vidalaşıb və "Brentford"a keçidi rəsmiləşdirmək üçün İngiltərəyə yollanmağa hazırlaşır.
Qeyd edək ki, Quaqua Ekvadordan Avropaya köçən növbəti istedadlı futbolçu olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью