Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Brentford” heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu Kallum Uilsonun transfer variantını nəzərdən keçirir.
Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
34 yaşlı forvard “Vest Hem”lə müqaviləsinin müddəti iyunun 30-da başa çatdıqdan sonra azad agent statusu alıb.
Hazırda Uilson karyerasını davam etdirmək üçün bir neçə variantı dəyərləndirir. İngiltərəli hücumçunun ölkəsində qalmağa üstünlük verdiyi, “Brentford”un isə onun xidmətində maraqlı olan klublardan biri olduğu bildirilir.
Qeyd edək ki, Uilson 2025/2026 mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
A Seriyası klubunda ayrılıq - RƏSMİ DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ Meksika - Ekvador oyunu təxirə salındı - Başlanğıc vaxtı dəyişdirildi Kimmix millidən getmir – “Təslim olmayacam”