Brentford un yarımmüdafiəçisi Cim Bom un radarında

08.12.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Qalatasaray” İngiltərə Premyer Liqası təmsilçisi “Brentford”un yarımmüdafiəçisi Vitali Yaneltlə maraqlanır.

Fanat.Az xəbər verir ki, türkiyəli jurnalist Kutlu Akpınar “sarı-qırmızılılar”ın 27 yaşlı alman oyunçunun transferini aktiv şəkildə izlədiyini bildirib.

Məlumata görə, Yanelt uzun müddətdir Premyer Liqada stabil çıxışı ilə skautların diqqətini çəkib.

“Qalatasaray”ın orta sahəni daha da gücləndirmək üçün futbolçunu mümkün transfer hədəflərindən biri kimi dəyərləndirdiyi bildirilir. Klublar arasında hələlik rəsmi təmasların olub-olmadığı açıqlanmayıb.

Qeyd edək ki, Vitali "Brendford"a 2020-ci ildə Almaniyanın "Bohum" klubundan transfer olmuşdu.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью