Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Parisdə mərhum fransız aktrisa Bricit Bardonun şəxsi əşyalarının satıldığı hərrac başlayıb.
Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hərracda aktrisanın təxminən 300 şəxsi əşyası satışa çıxarılıb. Lotlar arasında Bardonun Sen-Tropedəki evindən və Parisdəki mənzilindən mebel əşyaları, balet ayaqqabıları, “Olivetti” yazı maşını, gitaralar, velosiped, qab-qacaq, alışqanlar və aktrisanın kitabxanasında saxladığı “Kamasutra” kitabının nüsxəsi də var.
Hərracda aktrisanın rəssamlar tərəfindən hədiyyə olaraq çəkilmiş portretləri də satışa çıxarılıb.
Bundan başqa, Bardonun heyvanlara olan sevgisini əks etdirən əşyalar da alıcıların diqqətinə təqdim olunub. Bunlar arasında yumşaq oyuncaqlar, aktrisanın itlərinin boyunluqları və ev heyvanlarının fotoları yer alır.
Əşyaların əksəriyyətinin ilkin qiyməti 100 avrodan çox deyil. Lakin hərracı təşkil edən “Millon” auksion evi lotların son qiymətinin daha yüksək olacağını gözləyir.
Satışdan əldə olunan vəsaitin bir hissəsi Bardonun təsis etdiyi heyvanların müdafiəsi fonduna, digər hissəsi isə aktrisanın oğluna veriləcək.