Bakivaxti saytına istinadən Icma.az xəbər verir. BRICS ölkələrinin genişlənmə siyasəti dünya siyasətində yeni bir dönəmin əlaməti kimi qiymə
Xüsusilə yeni üzvlərin cəlb olunması BRICS-i yalnız inkişaf etməkdə olan ölkələrin klubu yox, alternativ qlobal koordinasiya mərkəzi kimi tə
Bu baxımdan BRICS çərçivəsində vahid ödəniş sistemləri, ticarətdə milli valyutaların payının artırılması və Yeni İnkişaf Bankının rolunun gü
Genişlənmə prosesi bu fərqləri daha da artırır və qərarların konsensus əsasında qəbulunu çətinləşdirir.
Bu isə BRICS-in vahid siyasi mövqe nümayiş etdirməsini zaman-zaman zəiflədir".Tural İsmayılovun dediyinə görə, digər tərəfdən, BRICS-in gücü məhz onun qeyri-ideoloji xarakterində və çevikliyindədir:"Bu blok Qərb mərkəzli ittifaqlardan fərqli olaraq üzvlərinə sərt siyasi şərtlər diktə etmir və suverenlik prinsipini ön planda saxlayır.
Bu yanaşma qlobal Cənub ölkələri üçün cəlbedici alternativ yaradır və BRICS-i mövcud dünya düzəninə açıq meydan oxuyan yox, onu tədricən balanslaşdıran mexanizmə çevirir".Sonda politoloq söyləyib ki, BRICS-in 2026 gündəliyi bu bloku qısa müddətdə tam mənada vahid geosiyasi güc mərkəzinə çevirməsə də, qlobal iqtisadi-siyasi balansda çəkisini nəzərəçarpacaq dərəcədə artırmaq potensialına malikdir:"Bu platforma daha çox alternativlər yaradan, mövcud sistemə paralel işləyən və böyük güclər arasında tarazlıq formalaşdıran bir mərkəz kimi çıxış edə bilər.
Bu isə BRICS-i beynəlxalq münasibətlərdə keçici layihə yox, uzunmüddətli proses kimi dəyərləndirməyə əsas verir".Əli Hüseynov Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.