Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan bazar günü Hindistanda keçirilən BRICS sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Bu, iki ölkə arasında İrana qarşı müharibənin başlanmasından bəri ilk yüksək səviyyəli görüş olub.
Məlumatı “Euronews” verib.
BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş bildirib ki, “etimad dırmaşmalı olduğumuz bir dağdır”, lakin “coğrafiya bizə dialoqdan başqa çarə qoymur”.
Qeyd edək ki, avqustun 19-da BƏƏ İranla bütün ticarət və maliyyə əlaqələrini kəsib və əvvəllər Tehranın Yaxın Şərq ölkələrinə zərbələri nəticəsində zədələnmiş etimadı bərpa etmək üçün çox çalışmalı olduğunu bildirmişdi.
P.ƏMİRCANOV
XQ