BRICS Türkiyəyə heç nə verməyəcək | Icma.az
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndi Turan birliyini qurmaq vaxtıdır Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, BRICS Türkiyəyə “tərəfdaş ölkə” statusu təklif edib.
Türkiyənin BRICS-dən istədiyi bu deyildi. Türkiyə bu ittifaqın tamhüquqlu üzvü olmağı nəzərdə tuturdu.
Üzv statusunun əvəzinə tərəfdaş ölkə statusunun təklif edilməsi BRICS tərəfindən Türkiyəyə qarşı arzuolunmaz davranışdır.
Siyasi şərhçi Bəybala Mirzəyev hesab edir ki, BRICS-in oktyabr ayında Kazanda keçirilən sammitində Çin, Rusiya, Hindistan və İranın Türkiyənin bu təşkilata üzvlüyünü əngəlləməsindən sonra Türkiyə rəhbərliyi ümumiyyətlə BRICS söhbətini birdəfəlik qapatmalıdır.
Onun sözlərinə görə, bu ölkələrin heç biri Azərbaycan və Mərkəzi Asiya (Türküstan) ölkələri ilə birlikdə Turan birliyini yaratmağı hədəfləyən Türkiyəni öz yanlarında – BRICS birliyinin sıralarında görmək istəmirlər: "Turan birliyi adları çəkilən bu dörd ölkənin rəhbərlərinin ciddi narahatlığına səbəb olur.
Onlar Turan birliyini BRICS-ə potensial rəqib gözündə görürlər.
Türkiyə rəhbərliyi də sözügedən ölkələrin Türkiyəyə və Turan birliyinə qarşı bu cür məkrli münasibətini adekvat qiymətləndirməli və BRICS-in “elçi daşı”nda oturub gözləmək sevdasından əl çəkməlidir.
Tam oxu
Xəbəri oxu