Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Fars körfəzi regionunda, xüsusilə İran ətrafında yaranmış vəziyyət BRICS ölkələri üçün siyasi gündəmin ən aktual məsələsidir.
Doğru.az xəbər verir ki, Ryabkov bu barədə Yeni Dehlidə keçiriləcək BRICS sammiti ərəfəsində TASS Analitik Mərkəzinə açıqlamasında danışıb.
“Ümumiyyətlə, Fars körfəzi bölgəsindəki vəziyyət BRICS üzvləri üçün bütün siyasi məsələlər arasında ən aktualdır”, – deyə Ryabkov vurğulayıb.
Qeyd edək ki, XVIII BRICS sammitinin sentyabrın 11–13-də Yeni Dehlidə keçirilməsi planlaşdırılır.
DOĞRU.AZ