BRİCS vahid ödəniş platforması yaratmağı planlaşdırır

26.01.2026

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BRİCS vahid ödəniş platforması yaratmağı planlaşdırır


BRİCS ölkələri alternativ maliyyə infrastrukturunu inkişaf etdirməyə davam edir. Hindistan Ehtiyat Bankı (Reserve Bank of India, RBI) ticarət və turizmdə transsərhəd hesablaşmaları asanlaşdırmaq üçün BRİCS dövlətlərinin milli mərkəzi bank rəqəmsal valyutalarını bir-birinə bağlamağı təklif edib. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə Almaniyanın “Berliner Zeitung” nəşri xəbər yayıb.
KİV-in məlumatına görə, təşəbbüsün Hindistanda keçiriləcək 2026-cı il BRİCS sammitinin gündəliyinə daxil edilməsi planlaşdırılır.
Yeni Dehlinin maliyyə dairələrindəki mənbələrin iddia etdiyi kimi, RBI Narendra Modinin hökumətinə bu təklifi rəsmi olaraq görüşün gündəliyinə daxil etməyi tövsiyə edib. Əgər bu təklif dəstəklənsə, bu, BRİCS ölkələrinin öz rəqəmsal milli valyutalarını ümumi sistem çərçivəsində birləşdirmək üçün ilk rəsmi cəhdi olacaq.
BRİCS -də ABŞ dollarından asılılığı necə azaltmaq barədə müzakirələr bir neçə ildir davam edir. “Berliner Zeitung” qəzetinin yazdığı kimi, son illərdə diqqət konkret ödəniş infrastrukturuna yönəlib. Uzun müddətdir müzakirə olunan ümumi BRİCS valyutası əvəzinə, indi diqqət ümumi əməliyyat mexanizminin yaradılmasına yönəlib. Söhbət “Brics Pay” sistemindən gedir. Onun iştirakçı ölkələrin milli ödəniş sistemlərini və mərkəzi bankların rəqəmsal valyutalarını birləşdirəcəyi, bununla da ABŞ dollarından və SWIFT sistemi də daxil olmaqla Qərb maliyyə alətlərindən asılılığı azaldacağı güman edilir.
“Berliner Zeitung”-un fikrincə, layihə uğurla həyata keçirilərsə, Qərbin maliyyə təzyiqi imkanlarını məhdudlaşdıra və BRİCS -in dünya iqtisadiyyatında rolunu gücləndirə bilər.
Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью