GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
BRİKS hərbi ittifaq deyil.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a verdiyi müsahibədə bildirib.
“Sizə xatırlatmaq istəyirəm ki, BRİKS hərbi ittifaq deyil. Qarşılıqlı hərbi yardım öhdəlikləri olan kollektiv təhlükəsizlik təşkilatı da deyil. O, heç vaxt bu ruhda yaradılmayıb və BRİKS-i bu istiqamətdə dəyişdirmək planları da yoxdur”, – deyə o qeyd edib.
Ryabkov əlavə edib ki, Cənubi Afrikada keçirilən son hərbi dəniz təlimlərində BRİKS ölkələri öz milli imkanları ilə iştirak edib.