BRİKSin yeni tərəfdaş ölkələri: Siyahı nə vaxt açıqlanacaq?

17.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

BRİKS-in yeni tərəfdaş ölkələrinin siyahısı yaxın iki həftə ərzində ictimaiyyətə açıqlanacaq. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "TASS"-a verdiyi müsahibəsində bildirib. Ryabkov deyib:

"Rusiyanın BRİKS-ə sədrlik müddətinin başa çatmasına iki həftə qalıb. Bu müddət ərzində biz tərəfdaşlarımızla koordinasiyada vəziyyəti yekunlaşdırmalıyıq və bütün məsələlər üzrə razılığa gələnlərin siyahısını açıqlamalıyıq", - deyib. 

"Estafeti braziliyalılara ötürməliyik. Bu, rəsmi olaraq Yekaterinburqda baş verəcək, amma əslində bu, tərəfdaşlar elan edildikdən sonra baş verəcək. Milad tətili başa çatdıqdan sonra braziliyalılar dərhal işə başlayacaq", - Ryabkov əlavə edib. 

Xatırladaq ki, Rusiyanın vitse-prezidenti Yuri Uşakov oktyabrın 23-də BRİKS-in tərəfdaşı ola biləcək 13 ölkənin siyahısı ilə bağlı razılığın əldə olunduğunu açıqlamışdı. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью