Brilliant Dadaşova 22 il sonra bunu etdi Video+Fotolar

19.12.2024

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq artisti Brilliant Dadaşova 2002-ci ildə təqdim etdiyi “Səninləyəm” adlı albomunda yer alan “Səni, səni” mahnısına 22 il sonra klip çəkdirib.

Axşam.az xəbər verir ki, “Best of Brilliant” layihəsi çərçivəsində yeni aranjimanda təqdim edilən ifa üçün kamera qarşısına keçən müğənni imici ilə də diqqət çəkib. Mahnının klipi üçün xüsusi dekorlar qurulub.

Dadaşova müxtəlif obrazlarda iddialı görüntüsü ilə göz oxşayıb. Sənətçinin tərzi üzərində stilist Elnur Həsənov çalışıb. Klipin rejissoru Qulu Əsgərovdur.

Qeyd edək ki, mahnının sözləri Dadaşovaya, musiqisi Faiq Sücəddinova aiddir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью