Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Xalq artisti Brilliant Dadaşova bacılarının maddi çətinliklər yaşamaması üçün əlindən gələni etdiyini açıqlayıb.
Musavat.com bildirir ki, sənətçi son müsahibəsində bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.
Brilliant Dadaşova bacılarının heç vaxt kiməsə möhtac qalmasına imkan verməyəcəyini bildirib. O, hətta onların maddi ehtiyaclarını qarşılamaq üçün şəxsi mülklərini satdığını da etiraf edib: Dominos pizza
“Sədaqət Dadaşovanın mənim kimi bacısı var. Mən heç vaxt qoymaram ki, mənim bacılarım kiməsə möhtac olsunlar. Bu, mümkün olan şey deyil.
Pandemiya dövründə bağımı, daha sonra Türkiyədəki evimi də satmışam. Mən yenə sonuncu qəpiyimə qədər sataram, amma qoymaram ki, mənim bacılarım kiməsə möhtac olsunlar”.