Brilliant Dadaşova rüşvətxor məmurları sancdı

15.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalq artisti Brilliant Dadaşova rüşvətxor məmurları satira və yumorun dili ilə tənqid edib.

“Cebheinfo.az” xəbər verir ki, sənətçinin İctimai Televiziyanın efirində səsləndirdiyi yumoristik mahnıdan video onun adına fəaliyyət göstərən “Brilliant Dadaşova Archive” səhifəsində paylaşılıb.

Paylaşımda qeyd olunub ki, Brilliant Dadaşova mahnı vasitəsilə rüşvətxor məmurların davranışlarını incə istehza ilə tənqid edib.

Bildirilib ki, sənətçi yaradıcılığında yalnız musiqiyə deyil, ictimai proseslərə və sosial problemlərə də diqqət ayırır, vətəndaş mövqeyini sənəti vasitəsilə ifadə edir.

Paylaşım müəllifləri vurğulayıblar ki, sənətkarın səsi bəzən musiqidən daha artıq məna daşıyır və satira cəmiyyətə güzgü tutmağın təsirli vasitələrindən biridir.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью