Brilyant əlin aktrisası vəfat etdi

16.11.2024

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın teatr və kino aktrisası Svetlana Svetliçnaya 85 yaşında vəfat edib.

Axşam.az Rusiya KİV-ə istinadən xəbər verir ki, aktrisa uzun müddətdir ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkir.

Qeyd edək ki, S.Svetliçnayanın kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olub. Aktrisanın ən yaddaqalan obrazı isə "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью